İtaliyada quraqlıq narahatlıq doğurur 

11:03 21.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyada bu il yağıntının az olması və son dövrlərdə yüksək temperatur səbəbindən yaranan quraqlıq səbəbindən həyəcan təbili çalınır.

Hafta.az xəbər verir ki, paytaxt Romanın da daxil olduğu Latsio bölgəsinin rəhbərliyi quraqlıqla mübarizə üçün fövqəladə vəziyyət elan edib.

Son 70 ilin ən böyük quraqlığını yaşayan və su səviyyəsinin 70 faizinin azaldığı ölkənin ən böyük çayı Ponun keçdiyi Piedmont, Lombardiya, Veneto və Emiliya-Romanya bölgələrində oxşar tədbirlərin görüləcəyi bildirilib. Xüsusilə enerji sektorunda sudan istifadəni azaltmaq qarşıya məqsəd kimi qoyulub.

Po çayındakı quraqlıq ölkənin kənd təsərrüfatı istehsalının 30 faizini təhdid etdiyi və bu vaxtadək dəyən ziyanın 2 milyard avronu keçdiyini bildirib.